Modern.az

Qonaq getdiyi evdə döyüldü 

Qonaq getdiyi evdə döyüldü 

Hadisə

16 İyun 2023, 00:38

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbə sakini, 1997-ci il təvəllüdlü İlkin Cəfərovun sol gözünün üst nahiyəsinin çapılmış, aşa nahiyəsinin isə hematoması və şişkinliyi xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq araşdırmalar nəticəsində məlum olub ki, İ. Cəfərov qonaq qismində iştirak edən rayon ərazisindəki mərasim evlərinin birində həmyerlisi Ramin Məmmədov ilə şəxsi münasibətlər zəminində mübahisə edib və sonuncu ona qeyd edilən xəsarətləri yetirib.

 

Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər