Modern.az

Laçında yük maşınları toqquşdu - 1 nəfər öldü

Laçında yük maşınları toqquşdu - 1 nəfər öldü

16 İyun 2023, 09:24

Laçın-Zabux yolunun 2-ci km-də qəza baş verib.

 

Modern.az xəbər verir ki, qəza zamanı "MAN" markalı nəqliyyat vasitəsinin sürücüsü Fərman Hüseynov idarəetməni itirərək qarşıdan gələn Elman Qarayevin idarə etdiyi "MAN" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

 

Hər iki nəqliyyat vasitəsinin sürücüləri müxtəlif dərəcələi bədən xəsarətləri alıblar, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən Fərman Hüseynov yolda ölüb.

 

Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər