Modern.az

Qadının atraksiondan yıxılıb ölməsi ilə bağlı cinayət işi AÇILDI

Qadının atraksiondan yıxılıb ölməsi ilə bağlı cinayət işi AÇILDI

16 İyun 2023, 11:02

İyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

 

Hazırda ibtidai istintaq tədbirləri davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu