Modern.az

Avtomobil motosikletlə toqquşdu - Ölənlər var

Avtomobil motosikletlə toqquşdu - Ölənlər var

Hadisə

16 İyun 2023, 22:56

Neftçalada iki nəfərin ölümü, bir nəfərin xəsarət alınması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Həsənabad avtombil yolunda qeydə alınıb.

 

 

Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub.

 

Qəza nəticəsində Neftçala rayon sakinləri, 1968-ci il təvllüdlü Hüseynov Tofiq İsgəndər oğlu və 1979-cu il təvəllüdlü Zeynalov Elnur İsa oğlu hadisə yerində ölüb.

 

Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Balaşov Bayram İntiqam oğlu isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər