Modern.az

Yük maşını əvvəlcə avtobusa, sonra betona çırpıldı - Yaralı var

Yük maşını əvvəlcə avtobusa, sonra betona çırpıldı - Yaralı var

18 İyun 2023, 00:35

Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə zamanı "DAF" markalı sement daşıyan yük maşını ilə sərnişin avtobusu toqquşub. Bu zaman yük avtomobili yol ayırıcısı olan betona dəyib və aşıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

 

Qəza zamanı "DAF"ın sürücüsü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu