Modern.az

Qaradağda zəncirvari qəza - Xəsarət alanlar var

Qaradağda zəncirvari qəza - Xəsarət alanlar var

18 İyun 2023, 18:17

Qaradağda zəncirvari qəza olub, xəsarət alanlar var.

 

Modern.az xəbər verir ki, hadisə bu gün saat 13:45 radələrində Bakı-Qazax yolunun 30-cu km-də qeydə alınıb.

 

Belə ki, iki yük avtomobilinin toqquşması nəticəsində yük avtomobillərinin sürücüləri idarəetməni itirib və nəticədə avtomobillərdən biri "Qaradağ" marketin önündə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.

 

İlkin məlumata əsasən ölüm halı baş verməyib, 2 nəfər xəsarət alıb, 10-a yaxın avtomobilə maddi ziyan dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu