Modern.az

Lənkəranda meşədə azan şəxs tapıldı - VİDEO

Lənkəranda meşədə azan şəxs tapıldı - VİDEO

Hadisə

19 İyun 2023, 11:03

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1982-ci il təvəllüdlü Hüseynov Vüsal Akif oğlu bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib.

 

FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər