Modern.az

Prokurorluq Abşerondakı dəhşətli qətllə bağlı məlumat yaydı 

Prokurorluq Abşerondakı dəhşətli qətllə bağlı məlumat yaydı 

Hadisə

20 İyun 2023, 20:52

İyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər