Modern.az

Bakıda ruhi xəstə 11 yaşlı oğlanı bıçaqladı

Bakıda ruhi xəstə 11 yaşlı oğlanı bıçaqladı

Hadisə

21 İyun 2023, 09:20

1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs 11 yaşlı oğlanı bıçaqlayıb.

 

Modern.az-ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib.

 

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər