Modern.az

Xəstəxanadan çıxan şəxsləri maşın vurdu

Xəstəxanadan çıxan şəxsləri maşın vurdu

Hadisə

21 İyun 2023, 14:28

Bərdədə xəstəxanadan çıxan üç piyadanı avtomobil vurub.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.

 

Belə ki, Bərdə rayonu Müalicə Diaqnostika Mərkəzindən çıxaraq yolu keçmək istəyən 34 yaşlı Hüsnü Sərdar qızı Mustafayeva, 63 yaşlı Sərdar Mustafa oğlu Mustafayev və 63 yaşlı Şəyidə Museyib qızı Abdullayevanı maşın vurub.

 

Xəsarət alan hər üç şəxs ətrafdakı insanların köməkliyi ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirib. Faktla bağlı araşdırma aparılır.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, işıqforun qırmızı işığında avtomobillər dayanaraq piyadaya yol veriblər. Bu zaman "Kamaz" markalı yük avtomobilinin sürücüsü digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtomobillər yolu keçən piyadaları vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər