Laçında ayı sakinə hücum edib.
Modern.az xəbər verir ki, bunu Laçında təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Orxan Cəbrayıl bildirib.
Onun sözlərinə görə, meşədən çıxan ayı rayonun Qorçu kənd sakini Nicat Qasımova hücum edib. Hadisə nəticəsində N.Qasımov sağ bud, sağrı və sağ əlindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.