Hacıqabulda ağır qəza baş verib.
Modern.az xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayon İkinci Paşalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Babayev Məhəmməd İmamverdi oğlu "Opel Zafira" markalı avtomobilin idarəetməsini itirib, nəticədə maşın aşıb.
M.Babayev hadisə zamanı dünyasını dəyişib, avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.