Modern.az

Yük maşını qatarla toqquşdu - Ölən var

Yük maşını qatarla toqquşdu - Ölən var

23 İyun 2023, 17:03

23 iyun 2023-cü il tarixində saat 12:50 radələrində ADY-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.

 

Bu barədə Modern.az-a ADY-dən məlumat verilib.

 

"Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub.

 

Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır", - məlumatda bildirilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər