Modern.az

Naxçıvanda toy yasa döndü - 6 nəfər öldü

Naxçıvanda toy yasa döndü - 6 nəfər öldü

Hadisə

26 İyun 2023, 09:30

Naxçıvanın Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 6-ya çatıb.

 

Modern.az xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 4 nəfərin vəziyyəti ağır olaraq qalır.

 

Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

Naxçıvanda dəhşətli yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər həyatını itirib.

 

Qəza "Hyundai" markalı avtomobillə "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb.

 

Hadisə nəticəsində daha 5 nəfərin ağır yaralandığı bildirilir.

 

Hər iki avtomobildə olan şəxslərin toy məclisindən qayıtdıqları deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər