Modern.az

İsmayıllıda ağır qəza - 4 nəfər yaralandı 

İsmayıllıda ağır qəza - 4 nəfər yaralandı 

27 İyun 2023, 20:23

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində "KİA" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

 

Hadisə zamanı 1997-ci il təvəllüdlü Mirzəlizadə Vüsal Məhsim oğlu, 1984-cü il təvəllüdlü Ağaməmmədova Samirə Eldar qızı, 1989-cu il təvəllüdlü Qurbanzadə Dilqəm Bəhram oğlu və 1984-cü il təvəllüdlü Məmmədova Natəvan Akif qızı xəsarət alıblar. Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər