Modern.az

Cəlilabadda ağır qəza - 5 nəfər yaralandı

Cəlilabadda ağır qəza - 5 nəfər yaralandı

Hadisə

29 İyun 2023, 15:25

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndi ərazisində qeydə alınıb.

 

"Ford" markalı avtomobillə "VAZ" markalı avtomobillər toqquşub.

 

Nəticədə 5 nəfər rayon sakini - 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyev xəsarət alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər