Modern.az

Daşkəsən sakinini sel apardı

Daşkəsən sakinini sel apardı

Hadisə

29 İyun 2023, 21:18

Bu gün saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 01.04.2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Elgün Orucovun ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində tapılan meyiti ailəsinə təhvil verilib.

 

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu