Modern.az

Xaçmazda istirahət mərkəzində qadın ÖLÜB

Xaçmazda istirahət mərkəzində qadın ÖLÜB

3 İyul 2023, 15:08

Xaçmazda istirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib iyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.

 

Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal