Modern.az

Kişi qohumlarını baltaladı - Ölən və yaralılar var 

Kişi qohumlarını baltaladı - Ölən və yaralılar var 

Hadisə

3 İyul 2023, 20:21

Digah qəsəbəsində ailə-məişət zəminində qətl törədilib.

 

Modern.az xəbər verir ki, hadisə qohumlar arasında metal boru üstündə baş verib.

 

Məlumata görə, 1960-ci il təvəllüdlü Haşımova Zümrüd Dardail qızı və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Həşimov Hicran Sərənc oğlu, o cümlədən 1981-ci il təvəllüdlü Kərimova Xəyalə Hicran qızı qohumu tərəfindən baltalanıb. Aldığı ağır xəsarətlərdən Z.Haşımova dünyasını dəyişib. Digər iki nəfər xəstəxanaya yerləşdirilib.

 

Yaxınlarının verdiyi məlumata görə, qohumlar arasında mübahisəyə səbəb metal borunun düzgün quraşdırılmaması olub.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər