Modern.az

Ehtiyatda olan polkovniki "tok" vurub öldürdü 

Ehtiyatda olan polkovniki

Hadisə

5 İyul 2023, 00:57

Ehtiyatda olan polis polkovniki Fazil Aslanov vəfat edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ötən gün elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

 

Hadisə Gədəbəyin Şınıx kəndində, Fazil Aslanova məxsus evdə baş verib. 

 

Məlumata görə, 58 yaşlı Aslanovu evdə iş görən zaman elektrik cərəyanı vurub. Mərhum bu gün Saray qəsəbəsində torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Fazil Aslanovun son iş yeri Sumqayıt şəhər Polis İdarəsi olub. O, pensiyaya çıxmazdan öncə İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər