Modern.az

Sabirabadda ağır qəza - Yaralılar var

Sabirabadda ağır qəza - Yaralılar var

5 İyul 2023, 08:42

Sabirabad rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, yol qəzası zamanı Göyçay rayon sakini, 1983-cü il təvəllüdlü Mustafayev Ramil Ramiz oğlu, Tərtər rayon sakini, 1975-ci il təvəllüdlü Şirəliyev Səməndər Cəmil oğlu və İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Abışov Ramil Qəhrəman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Qeyd edək ki, hər üç şəxs Bakı şəhərində yaşayırlar. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər