Modern.az

ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü - Yaralılar var

ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü - Yaralılar var

5 İyul 2023, 15:38

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

 

Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

 

İctimaiyyətə əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər