Modern.az

Avtomobillər toqquşdu, yolu keçən piyada öldü

Avtomobillər toqquşdu, yolu keçən piyada öldü

Hadisə

7 İyul 2023, 09:34

Ağcabədi rayonunda qəza ölümə səbəb olub.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində baş verib.

 

Məlumata görə, 2001-ci il təvəllüdlü Qasımov Şamil İlqar oğlu "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Allahverdiyev Yavər Adıgözəl oğluna məxsus "VAZ-21074" markalı və Muradov Vüqar Maşallah oğluna məxsus "VAZ-21063" markalı avtomobillərinə çırpılıb. Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mamedov Mahir Kərəm oğlunu vuraraq öldürüb.

 

Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər