Modern.az

Bakıda boya sexində YANĞIN

Bakıda boya sexində YANĞIN

7 İyul 2023, 09:42

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 120 m² olan boya sexinin yanar konstruksiyaları 40 m² sahədə və yaxınlıqda bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən ibarət tikilinin xarici divarına vurulan taxta atmalar 30 m² sahədə yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Sexin, tikilinin qalan hissəsi və yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu