Modern.az

Yanan hotelin bu gün açılışı olacaqdı - YENİLƏNİB

Yanan hotelin bu gün açılışı olacaqdı - YENİLƏNİB

Hadisə

7 İyul 2023, 15:45

Lənkəranda yanğının baş verdiyi “Panorama” hotelinin bu gün açılışı planlaşdırılmışdı.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi hesabına yağın 14:26-da tam söndürülüb.

 

Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.

Yanğının səbəbi araşdırılır.

***

14:22

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “Panorama” hotelindədə baş vermiş yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb.

 

***

Lənkəranda hoteldə güclü yanğın başlayıb.

 

Modern.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “Ponarama” hoteldə baş verib.

 

Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər