Modern.az

Hindarxda ağır qəza - Ölən var

Hindarxda ağır qəza - Ölən var

Hadisə

7 İyul 2023, 19:28

Hindarx qəsəbəsində ölümlə nəticələnən yol qəzası olub.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, iyul ayının 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər