Modern.az

Külək Xızıdakı yanğını söndürməyə mane olur - VİDEO

Külək Xızıdakı yanğını söndürməyə mane olur - VİDEO

Hadisə

8 İyul 2023, 17:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, xüsusilə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər