Modern.az

Toyda kütləvi zəhərlənmə - 34 nəfər xəstəxanalıq oldu

Toyda kütləvi zəhərlənmə - 34 nəfər xəstəxanalıq oldu

Hadisə

10 İyul 2023, 09:18

Ağcabədidə keçirilən toy mərasimində kütləvi zəhərlənmə olub.

 

Modern.az xəbər verir ki, hadisə Rəncbərlər kəndində qeydə alınıb. 

 

Məlumata görə, ötən gün kənddə təşkil olunan toyda iştirak edən 34 nəfər qidadan zəhərlənib. Onlar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

33 nəfər ambulator tibbi yardımdan sonra evə buraxılıb. Yalnız bir nəfərin, 16 yaşlı şəxsin müalicəsi xəstəxanada davam etdirilir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər