Modern.az

Türkiyə təyyarəsi Bakıya təcili eniş etdi - SƏBƏB

Türkiyə təyyarəsi Bakıya təcili eniş etdi - SƏBƏB

10 İyul 2023, 09:24

"Turkish Airlines" aviaşirkətinin İstanbul-Hoşimin reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan Modern.az-a verilən məlumata görə, "Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib.

 

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər