Modern.az

37 yaşlı kişi bibisi oğlunu BIÇAQLADI

37 yaşlı kişi bibisi oğlunu BIÇAQLADI

Hadisə

10 İyul 2023, 09:38

Bakıda 37 yaşlı şəxs bibisi oğlunu bıçaqlayıb.

 

Modern.az-ın məlumatına görə, hadisə iyulun 10-u saat 03 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaq xəsarəti yetirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər