Modern.az

Cəlilabadda maşın aşdı - Yaralılar var 

Cəlilabadda maşın aşdı - Yaralılar var 

11 İyul 2023, 00:39

Cəlilabad rayonunda yol qəzası olub, xəsarət alanlar var.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.

 

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər rayon sakini - 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva xəsarət alıb. Onlar dərhal rayon xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu