Qobustanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
***
21:29
Qobustan rayonunun Cəngi kəndində avtomobil qəzası baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisədə iki nəfər dünyasını dəyişib.
İlkin məlumata görə, qəza nəticəsində daha iki nəfər ağır yaralanıb.