Modern.az

Bərdədə qətl törədən 17 yaşlı oğlan həbs olundu

Bərdədə qətl törədən 17 yaşlı oğlan həbs olundu

Hadisə

12 İyul 2023, 17:26

İyulun 11-i Bərdə rayonunun Qarağacı kənd sakini 1967-ci il təvəllüdlü Sahib Bayramovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bərdə rayon Prokurorluğundan Modern.az-a verilən xəbərə görə, Aparılmış istintaqla 2006-cı il təvəllüdlü Zöhrab Əsgərovun iyulun 9-da aralarında yaranmış mübahisə zamanı Sahib Bayramova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta dair Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Bərdə rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır.

 

Zöhrab Əsgərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər