Modern.az

Sərxoş halda avtomobil idarə edən sürücü öldü

Sərxoş halda avtomobil idarə edən sürücü öldü

Hadisə

13 İyul 2023, 00:49

İyulun 12-də saat 22:30-da Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Kamal Rzayev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, sürücünün iştirakı ilə avtomobil duracağa yerləşdirilib. Bu zaman sürücü özünü yaxşı hiss etmədiyi üçün Təcili Tibbi Yardım çağırılıb və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.

 

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət müşahidə edilməyib.

 

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər