Modern.az

Ordumuz Xocalı istiqamətində təxribatın qarşısını aldı

Ordumuz Xocalı istiqamətində təxribatın qarşısını aldı

15 İyul 2023, 11:10

İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər