Modern.az

"Hyundai" aşdı, üç nəfər xəsarət aldı

Hadisə

15 İyul 2023, 13:26

Şəkidə minik avtomobili aşıb.

 

Modern.az-ın xəbərinə görə, hadisə Şəki-Qax avtomobil yolunun Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Şəki rayon Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hazırda yaralıların müayinəsi aparılır, onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu