Modern.az

Nazirlik əməkdaşı iş otağında intihar etdi

Nazirlik əməkdaşı iş otağında intihar etdi

15 İyul 2023, 15:38

Bakıda Milli Hidrometeorologiya Departamentinin əməkdaşı iş yerində intihar edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində yerləşən Binə Hidrometeorologiya Stansiyasında baş verib.

 

Həmin stansiyada meteorologiya texniki vəzifəsində çalışan 1986-cı il təvəllüdlü Elşən Salmanov iş otağında özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini iş yoldaşları aşkar edərək aidiyyəti üzrə məlumat veriblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər