Modern.az

Sabunçuda yanğın - Xəsarət alan var

Sabunçuda yanğın - Xəsarət alan var

15 İyul 2023, 17:55

Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahəyə yığılan ev əşyaları 8 m² sahədə yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gəncə şəhərində ümumi sahəsi 15 m² olan hamam otağının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Hamam otağının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər