Modern.az

Alyaska sahillərində ZƏLZƏLƏ

Alyaska sahillərində ZƏLZƏLƏ

Hadisə

18 İyul 2023, 07:53

Alyaska sahillərində 4,9 bal gücündə zəlzələ olub.


Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.


Bildirilib ki, yeraltı təkanlar təxminən 35 nəfərin yaşadığı Falls Pass kəndindən 106 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat verilməyib.


Qeyd edək ki, iyulun 16-da da Alyaska sahillərində 7,4 bal gücündə zəlzələ baş vermişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər