Modern.az

Ara məsafəsi saxlamayan sürücü qəza törətdi

Ara məsafəsi saxlamayan sürücü qəza törətdi

Hadisə

19 İyul 2023, 11:16

Bakıda yolda ara məsafəsi saxlamayan sürücü qəza törədib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

 

“Ara məsafəsinin düzgün saxlanılmaması qəzanın baş verməsini qaçılmaz edir. Yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında Heydər Əliyev prospektində baş verib. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun”, - deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər