Gəncədə 71 yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.
Modern.az-ın məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində baş verib.
Küçə itlərinin hücumuna məruz qalan Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Xəlilova Sədaqət Həsən qızı müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.