Modern.az

16 yaşlı oğlan traktordan yıxılıb ÖLDÜ

16 yaşlı oğlan traktordan yıxılıb ÖLDÜ

Hadisə

20 İyul 2023, 09:23

Bərdə sakini traktordan yıxılaraq ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.

 

Belə ki, 1985-ci il təvəllüdlü Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktor ilə hərəkətdə olan zaman texnikanın yedeyində olan sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Paşayev Davud Saleh oğlu yıxılıb. Sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər