Modern.az

Ata qəza törətdi, körpə oğlu həlak oldu

Ata qəza törətdi, körpə oğlu həlak oldu

Hadisə

20 İyul 2023, 09:44

Tərtərdə avtomobil qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüdlü Süleymanov Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. O, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov həlak olub.

 

Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!