Modern.az

Şamaxıda “Mercedes” aşdı - 18 yaşlı sürücü öldü

Şamaxıda “Mercedes” aşdı - 18 yaşlı sürücü öldü

Hadisə

22 İyul 2023, 11:44

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 18 yaşlı Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, sürücü orada vəfat edib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər