Modern.az

Bakının mərkəzində yerləşən binada YANĞIN

Bakının mərkəzində yerləşən binada YANĞIN

Hadisə

22 İyul 2023, 20:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 150 m² olan mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

 

Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər