Modern.az

Dənizdə batan uşağın meyiti tapıldı - YENİLƏNİB

Dənizdə batan uşağın meyiti tapıldı - YENİLƏNİB

Hadisə

23 İyul 2023, 10:44

Astarada dənizdə boğularaq ölən şəxsin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, Astara çimərliyində boğularaq ölən şəxs rayonun Şahagacı kənd sakini 2006-cı il təvəllüdlü Rəsul Rasim oğlu Həsənovdur.

 

R.Həsənovun cəsədi bu səhər saat 07:14 radələrində tapılıb.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

***

08:19

 

Astarada dənizdə batan uşağın axtarışları başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb.

 

"Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - deyə nazirliyin yaydığı məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər