Modern.az

Ceyranbatana yaxın ərazidə yanğın söndürüldü - YENİLƏNİB

Ceyranbatana yaxın ərazidə yanğın söndürüldü - YENİLƏNİB

Hadisə

23 İyul 2023, 18:47

Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Bu barədə "Modern.az"a FHN Mətbuat xidmətindən xəbər verilib.

 

***
17:34

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Bu barədə "Modern.az"a FHN-dən məlumat verilib.

 

Qeyd olunub ki, məlumatla əlaqədar nazirlliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər