Modern.az

Gəncədə ər arvadını BIÇAQLADI

Gəncədə ər arvadını BIÇAQLADI

24 İyul 2023, 09:24

Gəncə sakini həyat yoldaşını bıçaqlayıb.

 

Modern.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

 

Məlumata görə, 1983-cü il təvəllüdlü Qurbanov Qadir Vaqif oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı Babayeva Günay Tahir qızını bıçaqlayıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...