Modern.az

İcra başçısı yanğın olan əraziyə gəldi

İcra başçısı yanğın olan əraziyə gəldi

Hadisə

24 İyul 2023, 22:59

Xətai rayonunda qamışlıq sahəsində yanğın davam edir.

 

Modern.az xəbər verir ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov qamışlıq sahəsində baş verən yanğın yerinə gəlib.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər