Modern.az

Dəmiryolunda qəza ilə bağlı araşdırma aparılır

Dəmiryolunda qəza ilə bağlı araşdırma aparılır

Hadisə

25 İyul 2023, 09:00

Bərdə-Yevlax dəmiryolu xəttində qəza ilə bağlı araşdırma aparılır.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iyulun 25 iyul saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən "Chevrolet" markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşub.

 

Hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb.

 

Qəza ilə bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır. Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu